09:13 26-01-2021
news_image
307
FUTBOL

“Milan” üçün braziliyalı yarımmüdafiəçi – “Porto”dan

İtaliyanın “Milan” klubunun transfer siyahısındakı futbolçulardan birinin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Portuqaliya “Porto”sunun yarımmüdafiəçisi Otavionu heyətinə qatmaq istəyir.

Milanlılar 25 yaşlı braziliyalını yayda transfer etməyi planlaşdırır. Cənubi amerikalının agenti ilə danışıqlara start verib.

Yayda Otavio azad agent statusu alacaq. “Milan” onunla 2025-ci ilədək müqavilə bağlamaq istəyindədir. Tərəflər yalnız maliyyə məsələsində hələlik ortaq məxrəcə gələ bilmir. Futbolçu ilə 3 milyon avro tələb edirsə, klub yalnız 2 milyona razıdır.