12:46 26-01-2021
news_image
2163
FUTBOL

Rəşad Sadiqova cavabını verdi – Sənan Qurbanov

“Rəşad Sadiqovla heç bir problemim yoxdur”.

Bunu apasport.az saytına açıqlamasında “Keşlə”nin yeni baş məşqçisi Sənan Qurbanov komandadan ayrılan Rəşad Sadiqovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

41 yaşlı çalışdırıcı Yunis Hüseynovun dönəmində oynayan məşqçi olan Sadiqovun gedişi ilə bağlı qərarına da aydınlıq gətirib: “Rəşad təcrübəli futbolçudur. Sadəcə olaraq, belə qərara gəldik. Bunlar futbolun içində olan hadisələrdir. Onunla qətiyyən problemim olmayıb. Rəşadın haqqımda söylədiklərinə gəlincə, bu barədə heç nə deyə bilmərəm”.

Qeyd edək ki, Sənan Qurbanov “Keşlə”yə köməkçi məşqçi vəzifəsinə Azər Bağırovu gətirib.