14:04 26-01-2021
news_image
439
FUTBOL

“Çelsi” maaş verməkdə davam edəcək - Lemparda

İngiltərənin “Çelsi” klubunda istefaya göndərilən Frenk Lempard maaşını almaqda davam edəcək.

Apasport.az xəbər verir ki, “zadəganlar” gənc mütəxəssisə mövsümün sonuna qədər ödəniş edəcək.

London təmsilçisinin rəhbərliyi postundan ayrılmasına baxmayaraq, Lempardla müqaviləyə sadiq qalacaq. “Çelsi” ilə müqavilə müddəti 2+1 illik olan sabiq çalışdırıcının illik məvacibi 4 milyon funt-sterlinq təşkil edir.

Qeyd edək ki, Frenk Lempard “Çelsi”nin sükanı arxasına 2019-cu ilin yayında gətirilib. Onun istefaya göndərilməsindən sonra bu vəzifəyə almaniyalı Tomas Tuxelin təyinatı gözlənilir.