14:30 26-01-2021
news_image
399
FUTBOL

Mbappeni ala bilmir – “Real”

İspaniyanın “Real” klubu fransalı hücumçu Kilian Mbappenin transferi məsələsində ümidsizliyə qapılıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyasının “kral klubu”na vurduğu ciddi ziyandır.

Fransa təmsilçisi PSJ-də çıxış edən 22 yaşlı forvardın hazırkı illik məvacibi 21 milyon avrodur. Madridlilər ən yaxşı halda məhz indiki maaşı ödəmək iqtidarındadır. Ancaq Paris klubu Mbappeyə digər hücumçu Neymar qədər – 36 milyon avro verməyə hazırdır. “Real” həmçinin transfer qarşılığında fransızların tələb etdiyi 150 milyon avro ödəməyə də hazır deyil.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.