14:44 26-01-2021
news_image
536
FUTBOL

Zaur Axundova oyunçuların durumu barədə danışdı - Joze Alesio Da Silva

AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov Avropa çempionatının seçmə qrup mərhələsində oynayacaq millimizlə görüşüb. 

Apasport.az saytının məlumatına görə, AFF prezidenti komandanın üzvlərinə qarşıdakı oyunlarda uğurlar arzulayıb. 

Millinin baş məşqçisi Joze Alesio Da Silva hazırlıqla və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib.

Qeyd edək ki, yığmamızın yanvarın 29-da Bakı İdman Sarayında Slovakiya, fevralın 2-də isə Afinada Yunanıstanla qarşılaşacaq.