15:03 26-01-2021
news_image

Dünya çempionatının tarixi təsdiqləndi - boksda

Boks üzrə gənclər arasında keçiriləcək dünya çempionatı Polşanın Keltse şəhərində təşkil olunacaq.

Apasport.az saytının məlumatına görə, oğlan və qız boksçuların qatılacağı mundial aprelin 10-24-də baş tutacaq. 

Polşa yarışı qrafikə uyğun şəkildə yüksək səviyyədə keçirəcəyini təsdiqləyib. Onlar həmçinin bütün təhlükəsizlik tədbirləri ilə bağlı öhdəlikləri üzərinə götürüblər.