15:22 26-01-2021
news_image
403
FUTBOL

Di Mariya gəlsin - Mourinyo

Fransa PSJ-sinin futbolçusu Anxel di Mariya karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, argentinalı yarımmüdafiəçi “Tottenhem” klubunun maraq dairəsinə düşüb.

32 yaşlı cənubi amerikalının keçidini baş məşqçi Joze Mourinyo istəyib. Parislilərlə müqaviləsi yayda başa çatacaq di Mariya anlaşmanı uzatmaq niyyətində deyil.

Qeyd edək ki, Mourinyo “Real”da çalışdığı 2010-13-cü illərdə argentinalı da komandanın üzvü olub.