16:29 26-01-2021
news_image
144
FUTBOL

Yeni baş məşqçisini bu gün açıqlayacaq – “Çelsi”

Frenk Lempardı istefaya göndərən İngiltərənin “Çelsi” klubu yeni baş məşqçisini bu gün açıqlayacaq.

Apasport.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, “zadəganlar” almaniyalı Tomas Tuxellə hərtərəfli anlaşma əldə edib. PSJ-nin sabiq çalışdırıcısı keçidi tamamlamaq üçün bu gün Londona yollanacaq. Klubun Tuxellə gün ərzində müqavilə imzalandığını elan edəcəyi bildirilib.

Yeni komandası ilə 1,5 illik müqavilə imzalayacaq 48 yaşlı mütəxəssis sabah “Vulverhempton”la Premyer Liqa matçında debüt edəcək.

Qeyd edək ki, “Çelsi” hazırda Premyer Liqada 9-cu pillədə qərarlaşır.