00:00 27-01-2021
news_image
199
FUTBOL

Planları pozdu – Lempardın istefası

İngiltərənin “Çelsi” klubunun transfer planları pozulub.

Apasport.az saytının məlumatına görə, buna Frenk Lempardın baş məşqçi postundan istefaya göndərilməsi səbəb olub.

London təmsilçisi “Vest Hem”in futbolçusu Deklan Raysın transferindən imtina edib. Onun keçidində baş məşqçi Lempard maraqlı idi. Lakin onun postundan ayrılmasından sonra “Çelsi” Raysa ehtiyac duymayıb.

Qeyd edək ki, Deklan cari mövsüm 19 oyunda meydana çıxıb.