22:48 26-01-2021
news_image
167
FUTBOL

“Sampdoriya” müdafiəçisi yeni klub tapdı – A seriyasında

İtaliyanın “Sampdoriya” klubunun futbolçusu Fabio Depaoli karyerasını A seriyasının digər komandasında davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Benevento”ya keçib.

Futbolçunun icarə müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. Anlaşmada müdafiəçinin sonradan transfer olunması ilə bağlı bənd də yer alıb.

Qeyd edək ki, Depaoli mövsümün ilk yarısını “Atalanta”da keçirib.