00:18 27-01-2021
news_image
185
FUTBOL

“Real”la anlaşa bilmədi - Lukas Vaskes

İspaniyanın “Real” klubunun futbolçusu Lukas Vaskes komandanı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, buna səbəb 29 yaşlı yarımmüdafiəçi ilə Madrid təmsilçisi arasında danışıqların alınmamasıdır.

Tərəflər yeni anlaşma ilə bağlı uzun müddət müzakirələr aparsa da, ortaq məxrəcə gələ bilmir. Lukas komandada ən çox şans qazanan futbolçulardan olsa da, klub rəhbərliyi danışıqlarda güzəştə getməyib.