23:14 26-01-2021
news_image
417
FUTBOL

Unay Emeri klub alır – atası və babasının oynadığı komandanı

İspaniya “Vilyarreal”ının baş məşqçisi Unay Emeri futbol klubu alır.

Apasport.az saytının məlumatına görə, mütəxəssis “Real Union” klubuna sahib olmağa qərar verib.

İrun şəhərinin təmsilçisi üçüncü divizion hesab edilən B Sequndasında çıxış edir. Alqı-satqıda Emerinin özü deyil, vəkili Xosu Reta təmsil olunur.

“Real Union” İspaniya çempionatının əsasını qoyan klublardan biridir. La Liqanın ilk mövsümündə iştirak edən komanda 1913-27-ci illərdə 4 dəfə İspaniya kubokunun qalibi olub.

Qeyd edək ki, Emerinin atası Xuan və babası Antonio bu komandada oynayıb. Antonio ölkə kubokunu da qazanıb. Onların hər ikisi qapıçı olub.