10:59 27-01-2021
news_image
148
FUTBOL

Eriksenin taleyinə aydınlıq gətirdi - Konte

İtaliyanın “İnter” klubunda yarımmüdafiəçi Kristian Eriksenin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bir neçə klubun maraq dairəsində olan Danimarka millisinin üzvü “neradzurra”nı tərk etməyəcək.

Bunu komandanın baş məşqçisi Antonio Konte açıqlayıb: “Eriksen “İnter”də qalacaq. Heç kimlə anlaşmadığımız üçün o, bizimlə olacaq. Kristianı buraxa bilmərik. Sevinirəm ki, ölkə kubokunda “Milan”la görüşdə qol vurdu”.

Qeyd edək ki, Kristian Erikseni “Tottenhem” və “Lester” heyətinə qatmaq istəyir.