12:20 27-01-2021
news_image
176
FUTBOL

2021-ci ilin ilk cəzaları - Premyer Liqada

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XIV turunda baş verənlər müzakirə olunub.

Komitə 2021-ci ilin ilk cəzalarını açıqlayıb. “Zirə”  – “Qəbələ” oyununda stadiondakı hesab tablosu işlək vəziyyətdə olmadığı üçün meydan sahibi 800 manat cərimələnib. Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hərəsi 800 manat ziyana düşüb.

“Səbail”  – “Neftçi” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Sumqayıt”la qarşılaşmanın 38-ci dəqiqəsində “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Keşlə”nin futbolçusu Elçin Mustafayev 1 matçlıq diskvalifikasiya edilib. O, klubunu 200 manat xərcə salıb.