14:40 27-01-2021
news_image
209
FUTBOL

Üzr istədi - İbrahimoviç

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç İtaliya kubokunun 1/4 final mərhələsində “İnter”lə keçirilən oyunda qırmızı vərəqə aldığı üçün üzr istəyib.

Apasport.az saytının məlumatına görə, bunu “rossonyerlər”in baş məşqçisi Stefano Pioli deyib.

Çalışdırıcı bildirib ki, qarşılaşmanın 58-ci dəqiqəsində rəqibin hücumçusu Romelu Lukaku ilə mübahisəyə görə qırmızı vərəqə alan 40 yaşlı forvard atdığı addımdan peşmandır: “Zlatan üzr istəyir. Bunu böyük çempion edə bilər. O da böyük çempion kimi hərəkət edir”.

Qeyd edək ki, Milan derbisində 2:1 hesablı qələbə qazanan “İnter” ölkə kubokunda yarımfinala yüksəlib.