15:12 27-01-2021
news_image
120
FUTBOL

Özünə yeni komanda tapdı - Kaqava

Yaponiya millisinin futbolçusu Sindzi Kaqavanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, asiyalı yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.

Kaqava PAOK klubu ilə 1,5 illik müqavilə imzalayıb. Bunadək 32 yaşlı futbolçunun son komandası İspaniya “Saraqosa” olub.

Qeyd edək ki, Sindzi karyerası ərzində “Sereso Osaka”, Dortmund “Borussiya”, “Mançester Yunayted” və “Beşiktaş”da da oynayıb. O, iki dəfə Almaniya, bir dəfə İngiltərə çempionu, yığma ilə Asiya çempionatının qalibi adını qazanıb.