16:48 27-01-2021
news_image
201
FUTBOL

Tuxelin təyinatını dəyərləndirdi – Qvardiola

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola “Çelsi”nin sükanı arxasına keçən Tomas Tuxel təyinatına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis həmkarı ilə yenidən rəqib olacağını söyləyib.

O, Tuxelin İngiltərəyə köçməsinə sevindiyini bildirib: “Möhtəşəm məşqçidir, onun uğur qazanacağına əminəm. Tuxelin indi İngiltərədə olmasına sevinirəm. Mən “Bavariya”da olanda “Mayns” və Dortmund “Borussiya”sına qarşı görüşlərdə ona rəqib olmuşam. Orada inanılmaz işlər gördü. Almaniyadakı son mövsümümdə “Borussiya” onun rəhbərliyi altında heyrətamiz çıxış etmişdi. Çempionluq uğrunda onlarla mübarizə aparmışdıq. Tuxeli burada görmək xoşdur”.

Qeyd edək ki, Tomas Tuxel “Çelsi”də istefaya göndərilən Frenk Lempardı əvəzləyib.