17:10 27-01-2021
news_image
182
FUTBOL

PSJ-ni FİFA ilə hədələdi – “Barselona”da prezidentliyə namizəd

“Barselona”da prezidentliyə namizəd Joan Laporta klubun transfer siyasətini dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, prezidentliyə favorit sayılan sabiq rəhbər, xüsusən də, kapitan Lionel Messi ilə bağlı hazırkı duruma münasibət bildirib.

O, argentinalı ilə danışıq aparan PSJ-ni FİFA və UEFA ilə hədələyib: “Klub Messiyə yaxşı müqavilə təklif etməli və Leodan gələcək istənilən cavabı anlayışla qarşılamalıdır. O da klubun vəziyyətini bilir, maddi durum vacib məsələdir. Vəziyyət qəlizləşir, Messi başqa klubla sərbəst danışıq apara bilər və “Barselona” prezidentsizdir. Ancaq PSJ-nin ictimaiyyət qarşısında Messi ilə müqavilə imzalamaq istədiyini açıqlamasına icazə verilməməlidir. Bu, “Barsa”ya hörmətsizlikdir. Üstəlik, bunu edən qaydaları daha çox pozan bir klubdur. Bunun üzərində UEFA və FİFA ilə işləməliyik”.

Laporta “Mançester Siti”nin müdafiəçisi Erik Qarsiyanın keçidi üçün mövsümün sonunu gözləməyin vacibliyini vurğulayıb: “Erik Qarsiya bura gəlmək istəyirsə, bunu sübut etməlidir. İyunda pulsuz gələcəksə, niyə rəqibimiz olan bir kluba indi pul verməliyik? Yaya qədər gözləməli, sonra onunla görüşməliyik”.

Qeyd edək ki, “Barselona”da prezidentliyə digər namizədlər Viktor Font və Toni Freyşadır. Prezident seçkiləri martın 7-də keçiriləcək.