17:18 27-01-2021
news_image
496
FUTBOL

“Azərbaycana getmək istəyərəm” – Məsut Özil

“Bütün Azərbaycana salam olsun”.

Apasport.az saytının məlumatına görə, bunu “Fənərbaxça”nın yeni transferi Məsut Özil deyib.

Türkiyə klubu ilə bu gün münasibətləri rəsmiləşdirən ulduz futbolçu Azərbaycandakı “Fənərbaxça” azarkeşlərinə səslənib. İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda "İlin döyüşkən legioneri" seçilən yarımmüdafiəçi ölkəmizə gəlmək arzusunu da dilə gətirib: “Hər kəsə təşəkkür edirəm. Qismət olarsa, Azərbaycana getmək istəyərəm. Təkcə oradakı “Fənərbaxça”lılara deyil, bütün Azərbaycana salam göndərirəm”.

Qeyd edək ki, Məsut Özil “Fənərbaxça” ilə 3,5 illik müqavilə bağlayıb.