17:54 27-01-2021
news_image
130
FUTBOL

Bundesliqaya dəyişdi - Premyer Liqanı

İngiltərənin “Kristal Pelas” klubundan ayrılan Maks Mayerin yeni komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Maks “Köln” klubuna keçib. O, azad agent statusu ilə Bundesliqa təmsilçisinə qoşulub.

Qeyd edək ki, Mayer 2013-18-ci illərdə Almaniyanın digər klubu “Şalke”nin formasını geyinib.