22:13 27-01-2021
news_image
105
FUTBOL

Obameyanqın oyunları buraxmasının səbəbi – anası

İngiltərənin “Arsenal” klubunun hücumçusu Pyer-Emerik Obameyanqın son iki matçı buraxmasının səbəbi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu bu barədə özü açıqlama verib.

Qabon millisinin üzvü anasının səhhətində yaranan problemə görə “Sauthempton”la ölkə kuboku və Premyer Liqa matçlarında iştirak etmədiyini söyləyib: “Anamın səhhətində problem yaranmışdı, onun yanında olmalı idim. Artıq özünü yaxşı hiss edir, bu gün evə qayıdacağam. Anama kömək edən həkimlərə və tibb bacılarına, həmçinin dəstəyinə görə “Arsenal”dakı ailəmə minnətdaram. “Arsenal”da keçirəcəyim növbəti matç üçün səbirsizlənirəm”.

Qeyd edək ki, “Arsenal” İngiltərə kubokunun 1/16 final mərhələsində 0:1 hesabı ilə məğlub olduğu “Sauthempton”a Premyer Liqanın XX turunda 3:1 hesabı ilə qalib gəlib.