23:33 27-01-2021
news_image
136
FUTBOL

17 illik rekordla debüt – Tuxeldən

“Çelsi” İngiltərə Premyer Liqasının XX turunda “Vulverhempton”la oyunda Tomas Tuxelin rəhbərliyi altında ilk dəfə meydana çıxıb.

Apasport.az saytının məlumatına görə, hazırda davam edən qarşılaşmanın birinci hissəsində unikal göstərici qeydə alınıb.

London təmsilçisi qolsuz bərabərliklə yekunlaşan ilk hissədə 433 dəqiq ötürmə ilə yadda qalıb. Bu, “zadəganlar”ın 2003/04 mövsümündən bəri ən yüksək göstəricisidir. 17 ildən sonrakı ötürmə faizinə görə klub rekordu məhz Tuxelin debütünə təsadüf edib.

Qeyd edək ki, Tomas Tuxel baş məşqçi postunda Frenk Lempardı əvəzləyib.