23:54 27-01-2021
news_image
226
FUTBOL

Superkubokun qalibi müəyyənləşdi - Türkiyədə

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, həlledici oyun Atatürk Olimpiya Stadionunda keçirilib.

Super Liqanın son çempionu “Başakşəhər”lə ölkə kubokunun sahibi “Trabzonspor” Türkiyənin ən yaxşısını müəyyən etmək üçün üz-üzə gəlib. İstanbullular tarixində ilk dəfə bu həyəcanı yaşayıbsa, Qara dəniz təmsilçisi 12-ci Superkubok matçına çıxıb.

Qarşılaşmada bütün qollar ikinci hissədə vurulub. Hesab 1:1 olarkən Aleksandru Yepuryanu 73-cü dəqiqədə qırmızı vərəqə aldığından, “Başakşəhər” qalan dəqiqələri azlıqda keçirib. Bundan yararlanan trabzonlular son dəqiqələrdə vurulan qol sayəsində minimal hesabla qalib gəlib.

Bununla “bordo-mavililər” 2010-cu ildən sonra ilk, ümumilikdə isə 9-cu dəfə Superkuboku muzeyinə aparmağı bacarıb. Baş məşqçi Abdullah Avcı isə ilk kubok sevincini yaşayıb.

Türkiyə Superkuboku
27 yanvar
“Başakşəhər” – “Trabzonspor” – 1:2

Demma Ba, 58 (pen.) – Canini, 47, Ekuban, 86