00:44 28-01-2021
news_image
172
FUTBOL

“Fluminense”nin futbolçusunu aldı - “Atletiko”

Braziliyanın “Fluminense” klubunun futbolçusu Markos Paulo karyerasını İspaniyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi “Atletiko” ilə anlaşıb.

Klublar 20 yaşlı oyunçunun transferi barədə razılığa gəliblər. Ancaq keçid mövsümün sonunda reallaşacaq. Paulo “Atletiko” ilə 5 illik müqavilə imzalayacaq. Yarımmüdafiəçinin “Fluminense” ilə müqavilə müddəti yaya qədər olsa da, madridlilər qarşı tərəfə müəyyən məbləğdə ödəniş edəcək.

Qeyd edək ki, Braziliya ilə yanaşı, Portuqaliya vətəndaşlığı olan Markos Paulo 2019-cu ildən “Fluminense”nin əsas komandasında çıxış edir.