09:07 28-01-2021
news_image
115
FUTBOL

Braziliyaya qayıtdı – “Zirə”dən ayrılan futbolçu

Qış fasiləsində “Zirə” ilə yollarını ayıran Kayo Rangelin yeni komandasının adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, braziliyalı vinger karyerasını ölkəsi Braziliyada davam etdirəcək.

25 yaşlı oyunçu Paulista liqasında mübarizə aparan “Santo Andre” ilə müqavilə imzalayıb. San-Paulo təmsilçisi ön xətt oyunçusu ilə birillik saziş imzalandığını rəsmi saytı vasitəsilə bəyan edib.

Qeyd edək ki, “Zirə”yə ötən ilin yayında ölkəsinin “Ferroviaria” klubundan keçən Kayo Rangel Azərbaycanda cəmi yarım mövsüm qala bilib.