
18:00
“Napoli”dən ayrılan Fernando Lyorente İtaliyada qalıb.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçu A seriyasının digər təmsilçisi “Udineze”yə keçib.
Udine klubu rəsmi saytı vasitəsilə İspaniya millisinin sabiq forvardı ilə 1,5 illik müqavilə imzalandığını bəyan edib.
Qeyd edək ki, Lyorente “Napoli”yə 2019-cu ilin yayında “Tottenhem”dən keçib.