11:16 28-01-2021
news_image
85
FUTBOL

Satılmır - Brandt

Dortmund “Borussiya”nın futbolçusu Yulian Brandtın gələcək taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Almaniya təmsilçisi yarımmüdafiəçisini heyətdə saxlamağa qərar verib.

İngiltərənin “Arsenal” klubu Brandtın xidmətində maraqlı olsa da, Bundesliqa təmsilçisi Yulianı satmamaqda israrlıdır. O, ən azı yay fasiləsinədək “Borussiya”da qalacaq.

Qeyd edək ki, Brandt cari mövsüm 17 oyunda 1 qol vurub.