12:45 28-01-2021
news_image
101
FUTBOL

İrqçiliyə məruz qaldı – “Mançester Yunayted”in futbolçusu

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Aksel Tuanzebe irqçiliyə məruz qalıb.

Apasport.az saytının məlumatına görə, hadisə Premyer Liqanın XX turunda “Şeffild Yunayted”lə matçdan sonra baş verib.

“Qırmızı şeytanlar”ın 1:2 hesabı ilə məğlub olduğu görüşün ardından müdafiəçinin sosial şəbəkədə iki həftə əvvəlki paylaşımına irqçi ifadələr yazılıb, “smayliklər” qoyulub. Maraqlıdır ki, bu, 24 yaşlı futbolçunun cari mövsüm start heyətində meydana çıxdığı ilk oyun olub.

Qeyd edək ki, Aksel Tuanzebe bu mövsüm Premyer Liqada ümumilikdə 5 oyunda iştirak edib.