13:00 28-01-2021
news_image
138
FUTBOL

Bundesliqadan futbolçu alır – “Mançester Yunayted”

İngiltərənin “Mançester Yunayted” klubu Almaniya Bundesliqasından futbolçu alır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi “Hoffenhaym”ın yarımmüdafiəçisi Kristof Baumqartneri heyətinə qatmağa yaxındır.

21 yaşlı avstriyalının qış transfer pəncərəsinin sonunadək Mançester klubuna keçəcəyi gözlənilir. Onun qiyməti 18 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Baumqartner cari mövsümdə 25 oyunda 6 qol vurub.