13:14 28-01-2021
news_image
118
FUTBOL

Daha bir futbolçu ilə gücləndi – “Fiorentina”

İtaliyanın “Fiorentina” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl rusiyalı Aleksandr Kokorinlə müqavilə imzalayan A seriyası təmsilçisi Kevin Malkomun da keçidini rəsmiləşdirib.

Müdafiəçi “Napoli”dən Florensiya klubuna keçib. 29 yaşlı fransalı mövsümün sonunadək icarə əsasında “Fiorentina”nın formasını geyinəcək. “Bənövşəyilər” yayda oyunçu 6 milyona transfer etmək hüququna da malik olacaq.

Qeyd edək ki, Malkom cari mövsümdə 2 oyun keçirib.