14:03 28-01-2021
news_image
87
FUTBOL

Kloppun razılığı alındı - transfer olmayacaq

İngiltərənin “Liverpul” klubu qış fasiləsində transfer etməyi düşünmür.

Apasport.az saytının məlumatına görə, rəhbərlik baş məşqçi Yurgen Kloppdan da hazırkı heyətlə yola davam etməklə bağlı razılıq alıb.

Almaniyalı mütəxəssis koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı səbəbindən mövcud heyətə güvənə biləcəyini söyləyib. Vircil van Deyk və Co Qomesin uzunmüddətli zədəli olmasına baxmayaraq, Klopp müdafiə xəttinə də yeni oyunçu istəməyib.

Qeyd edək ki, “Liverpul” 20 turdan sonra 34 xalla Premyer Liqada 5-ci pillədə qərarlaşıb.