14:19 28-01-2021
news_image
174
FUTBOL

“Çelsi”dən gedir – milliyə görə

İngiltərənin “Çelsi” klubu daha bir futbolçusu ilə vidalaşır.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Billi Gilmor London təmsilçisindən ayrılacaq.

Futbolçu karyerasını Şotlandiyada davam etdirməyə yaxındır. O, “Reyncers”ə keçə bilər.

Şotlandiyalı klub rəhbərliyindən onu Qlazqo təmsilçisinə buraxmağı xahiş edib. Futbolçu bunu oyun praktikası qazanaraq yığma ilə AVRO-2020-yə yollanmaq istəyi ilə izah edib.

Qeyd edək ki, Gilmor cari mövsümdə 7 oyun keçirib.