14:56 28-01-2021
news_image
176
FUTBOL

Kloppla münasibətindən danışdı - Mourinyo

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyonun “Liverpul”dakı həmkarı Yurgen Klopp barədə düşüncələri bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu portuqaliyalı mütəxəssisin özü açıqlayıb.

“Yurgen Klopp mənim dostum deyil. Çünki heç vaxt onunla birgə vaxt keçirməmişəm. İnsanı yaxşı tanıyanda “ondan xoşum gəlir, mənim dostumdur” və ya “ondan xoşum gəlmir və dostum deyil” deyə bilərsən. Amma Yurgenlə məsələdə söhbət oyundan əvvəlki və sonrakı 5 dəqiqədən gedir. Ona görə də Yurgen haqda yalnız həmkarım olduğunu, hörmət etdiyim və problemim olmadığı biri olduğunu deyərdim. Hesab edirəm ki, o da mənə eyni cür yanaşır. Ümumiyyətlə, heç bir problemimiz yoxdur”.