16:32 28-01-2021
news_image
121
FUTBOL

İlk sınaq – 26 ildir uduzmadığımız Slovakiyaya qarşı

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır.

Apasport.az saytının məlumatına görə, 3-cü qrupda yer alan yığmamız ilk oyununu sabah keçirəcək.

Joze Alesionun baş məşqçisi olduğu komanda 1-ci turda Slovakiya ilə görüşəcək. Komandamız seçmə mərhələyə ev matçı ilə başlayacaq.

Qarşılaşma Bakı İdman Sarayında təşkil olunacaq. Matç saat 18:00-da başlayacaq.

Qrupun iki əsas favoriti arasındakı duel rəqiblərin tarixində 7-ci sınaq olacaq. Əvvəlki matçların üçündə millimiz qələbə qazanıb, iki qarşılaşmada isə heç-heçə qeydə alınıb. Yalnız ilk oyunda uduzan futzalçılarımız 26 ildir rəqibinə məğlub olmur.

Qeyd edək ki, 3-cü qrupun ilk oyunu bu gün keçiriləcək. Bakı vaxtı ilə saat 20:30-da başlayacaq matçda Yunanıstan Moldovanın qonağı olacaq.

Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup
1-ci tur, 29 yanvar
18:00. Azərbaycan – Slovakiya

Bakı İdman Sarayı