17:05 28-01-2021
news_image
125
FUTBOL

Püşkü dəyərləndirdi – millimizin rəqibi

“Bu püşkün nəticələri son bir neçə seçmə mərhələdən fərqlənir. Həmişə qrupumuzda Almaniya, İspaniya və İngiltərə kimi favorit olurdu”. 

Apasport.az saytının məlumatına görə, bunu Avstriyanın U-21 yığmasının baş məşqçisi Verner Qreqoriş deyib.

Təcrübəli mütəxəssis AVRO-2023-ün seçmə mərhələsinin püşkünü dəyərləndirib. O, Azərbaycan, Xorvatiya, Estoniya, Norveç və Finlandiya ilə birgə yer aldıqları 1-ci qrupda favorit görmədiyini bildirib: “Bu dəfə kağız üzərində balanslaşmış qrupa düşmüşük. Mənim üçün bu qrupda qarşıya qoyulacaq vəzifə çox maraqlı və cəlbedicidir. Bizi çox maraqlı mübarizə gözləyir. Əlbəttə, hər tsikl fərqlidir. Amma biz son illərdə yaxşı səviyyəyə çatmışıq. Bunu seçmə mərhələdə də sübut etmək istəyirik. Estoniyadan başqa qrupdakı bütün rəqiblərlə oynamışıq. Həm də yaxşı nəticələr qazanmışıq. Bir sözlə qrupda favorit görmürəm və bu ad bizə yaxın olacaq”. 

Qeyd edək ki, seçmə mərhələ 2021-ci ilin martında başlayacaq.