17:40 28-01-2021
news_image
197
FUTBOL

Futbol klubunun sahibi oldu – Naomi Osaka

“Böyük dəbilqə” turnirlərinin üçqat qalibi Naomi Osaka futbol klubuna investisiya yatırıb.

Apasport.az saytının məlumatına görə, ulduz tennisçi “North Carolina Courage” qadın klubuna şərik olub.

Yaponiyalının sahiblərindən biri olduğu klub Şimali Karolina ştatının Keri şəhərini təmsil edir. Bu komanda Milli Qadın Futbol Liqasında (NWSL) mübarizə aparır.