22:39 28-01-2021
news_image
179
FUTBOL

Alleqri ilə anlaşdı – “Roma”

İtaliyanın “Roma” klubu baş məşqçisini dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Paulu Fonseka ilə yollarını ayırmaq niyyətindədir.

Buna səbəb uğursuz nəticələrdir. “Roma” onun yerinə Massimiliano Alleqrini dəvət etməyi planlaşdırır.

Artıq 53 yaşlı mütəxəssislə ilkin müqavilə imzalandığı iddia edilir. Anlaşma 2+1 il müddətinə nəzərdə tutulub. O, ildə 4,5 milyon avro qazanacaq.