19:46 29-01-2021
news_image
940
FUTBOL

Avropa çempionatının seçmə mərhələsinə qələbə ilə başladı - Azərbaycan millisi

Futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Komandamız 3-cü qrupda ilk sınağını evdə keçirib. Joze Alesionun yetirmələri Slovakiyanı qəbul edib. Matçın birinci hissəsində komandalar hərəyə bir dəfə fərqləniblər. Yığmamız hesabı açsa da, bu üstünlüyünü qoruya bilməyib.

Görüşün ikinci hissəsi də elə yüksək tempdə keçməyib. Anton Brunovski qırmızı vərəqə aldığı üçün slovakiyalılar iki dəqiqə azlıqda çıxış etsə də, millimiz bundan yararlana bilməyib. Buna baxmayaraq, sona yaxın təzyiqi artıran Joze Alesionun kollektivi ardıcıl üç qol vuraraq, seçmə mərhələyə qələbə ilə başlayıb.

Qeyd edək ki, millimiz növbəti oyununu fevralın 2-də səfərdə Yunanıstana qarşı keçirəcək.

Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup
1-ci tur, 29 yanvar
18:00. Azərbaycan – Slovakiya - 4:1
Qollar:
Bolinya, 4.22, Everton Kardoso, 37.59, Xətai Bağırov, 39.36, İsa Atayev, 39.57 - Draxovski, 14.56 (avtoqol)
Bakı İdman Sarayı