23:27 28-01-2021
news_image
110
FUTBOL

“Azərbaycanla oyuna görüşə optimal səviyyədə yanaşmalıyıq” - İqor Biscan

“Qrupumuzda şimal komandaları çoxdur. Buna görə də oyunlarımızı münasib olmayan vaxtda - soyuq hava və süni örtükdə keçirməmək çox vacibdir”.

Apasport.az saytının məlumatına görə, bunu Xorvatiyanın U-21 yığmasının baş məşqçisi İqor Biscan deyib.

AVRO-2023-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirən mütəxəssis Norveç, Avstriya, Finlandiya, Azərbaycan və Estoniya ilə birgə mübarizə aparacaqları A qrupundan danışıb: “Rəqiblərin gücünə gəlincə, biz daha ağıllı olmalıyıq. Biz rəqibləri analiz edəcəyik. Amma başa düşürük ki, Xorvatiya birinci yerə favoritdir. Bu o demək deyil ki, işimiz asan olacaq. Seçmə mərhələ çox çətin olacaq. Norveç və Avstriya keyfiyyətə malikdir. Amma digər rəqiblər də qeyri-münasib ola bilər. Ona görə də hər görüşə optimal səviyyədə yanaşmalıyıq”.