09:10 29-01-2021
news_image
608
FUTBOL

"Qarabağ"ın apelyasiya şikayətini rədd etdi - UEFA

UEFA “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimovla bağlı apelyasiya şikayətinə baxıb. 

Apasport.az-ın qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan çempionunun müraciəti rədd edilib.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin noyabrın 25-dəki qərarı təsdiqlənib. 

Qeyd edək ki, UEFA Vətən müharibəsi zamanı feysbuk səhifəsindəki paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb, “Qarabağ”ı isə 100 min avro məbləğində cərimələyib.