09:25 29-01-2021
news_image
374
FUTBOL

Tarixin 5-ci bombardiri oldu - Mane

İngiltərə Premyer Liqasının XX turunda “Tottenhem”lə qarşılaşan “Liverpul” 3:1 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, bu görüş “qırmızılar”ın hücumçusu Sadio Mane üçün əlamətdar olur.

Qarşılaşmada son nöqtəni qoyan seneqallı forvard “Liverpul”un heyətində Premyer Liqadakı qol sayını 70-ə çatdırıb. Bununla sabiq forvard Luis Suaresi geridə qoyan Mane klub tarixinin 5-ci bombardiri olub.

“Liverpul”un ən məhsuldar futbolçusu 128 qolla Robbi Foulerdir. Onu Stiven Cerrard (120) və Maykl Ouen (118) izləyirlər. Hazırda Manenin komanda yoldaşı olan Məhəmməd Salah 87 qolla dördüncü pillədə qərarlaşıb.

Qeüyd edək ki, 20 oyunda 37 xal toplayan “Liverpul” hazırda turnir cədvəlinin 4-cü pilləsində yer alır.