09:39 29-01-2021
news_image
403
FUTBOL

Harri Keyni itirdi – “Tottenhem”

İngiltərə Premyer Liqasının XX turunda “Liverpul”a məğlub olan (1:3) “Tottenhem” daha bir ağır zərbə alıb.

Apasport.az saytının məlumatına görə, London klubu lideri Harri Keyni itirib.

Matçın birinci hissəsində zədələnən ulduz futbolçu fasilədən sonra əvəzlənib. 28 yaşlı forvardın durumu ilə bağlı açıqlama verən baş məşqçi Joze Mourinyo bir müddət onun xidmətindən məhrum qalacağını söyləyib: “Keynin hər iki topuğunda zədə var. İkinci zədə daha pisdir. Fikrimcə, o, bir neçə həftə bizimlə olmayacaq. Bəzi oyunçuları əvəz etmək mümkün olmur. Ancaq bununla mübarizə aparmalıyıq. Başqa çıxış yolumuz yoxdur”.

Qeyd edək ki, “Tottenhem” hazırda 33 xalla Premyer Liqada 6-cı pillədə qərarlaşır.