10:07 29-01-2021
news_image
677
FUTBOL

Acı statistika – yığmamızdan

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AVRO-2023-ün seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, U-21 yığmamız əvvəlki illərdə bu rəqiblərdən dördü ilə üz-üzə gəlib.

Yalnız Estoniya ilə seçmə oyunu keçirməyən komandamız Xorvatiya, Avstriya, Norveç və Finlandiya ilə dəfələrlə görüşüb. Bu matçların statistikası yığmamız üçün çox acıdır.

Bu rəqiblərə qarşı 18 oyunda 1 qələbə və 3 heç-heçəsi olan millimiz 14 dəfə uduzub. 8 qol vuran futbolçularımız bunun 4,5 qatını - 36 top buraxıb.

Xorvatiya – 2 oyun, 2 məğlubiyyət, top fərqi: 2-4
Püşkatmada 1-ci səbətdə yer alan Xorvatiya milimizə hər iki görüşdə qalib gəlib. Bu matçlarda minimal fərq qeydə alındığından balkanlıları amansız rəqib saymaq olmaz. 14 il öncəsi görüşlərdə yığmamız 2 qol da vurmağa nail olub.
11.09.2007. Xorvatiya – Azərbaycan – 3:2
21.11.2007. Azərbaycan – Xorvatiya – 0:1

Avstriya – 6 oyun, 1 heç-heçə, 5 məğlubiyyət, top fərqi: 1-18
Əvvəlki illərə nəzər salsaq, yığmamız Avstriyaya getməsə yaxşıdır. Bu ölkədəki hər üç görüşdə quru hesablı darmadağın qeydə alınıb. Özü də artan qrafiklə - üç, dörd, yeddi... Son görüşdəki 7 cavabsız qol hələ də qara tariximizdə iz qoyub. Millimiz isə 6 görüşdə 1 qol və 1 xaldan başqa heç nəylə yadda qalmayıb. 
07.09.2004. Avstriya – Azərbaycan – 3:0
06.09.2005. Azərbaycan – Avstriya – 0:0
10.10.2009. Azərbaycan – Avstriya – 1:2
18.11.2009. Avstriya  - Azərbaycan – 4:0 04.09.2015. Azərbaycan – Avstriya – 0:2
09.10.2015. Avstriya – Azərbaycan – 7:0

Norveç - 6 oyun, 1 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi: 5-9
Yığmamız üçün ən münasib rəqib Norveç olub. 6 görüşdə komandamız 4 xal qazanıb. Səfərdə qələbə və heç-heçəsi olan yığmamız soyuq Skandinaviyadakı uğurunu evdə təkrarlaya bilməyib. Şimallılar ölkəmizdə xal itkisi görməyib.
06.10.2011. Azərbaycan – Norveç – 0:2 01.06.2012. Norveç – Azərbaycan – 1:0 10.10.2013. Norveç – Azərbaycan – 1:3
01.06.2014. Azərbaycan – Norveç – 0:1
11.09.2018. Azərbaycan – Norveç – 1:3
16.10.2018. Norveç – Azərbaycan – 1:1

Finlandiya - 4 oyun, 1 heç-heçə, 3 məğlubiyyət, top fərqi: 0-5
Norveç kimi Finlandiya da yığmamızla səfər oyunlarında amansız olub. Komandamız evdəki hər iki qarşılaşmada uduzub. Yeganə xalını səfərdə baş tutan son dueldə qazanan futbolçularımız hələ “suomilər”in qapısının yolunu tapmayıb.
11.10.2002. Finlandiya – Azərbaycan – 3:0
06.09.2003. Azərbaycan – Finlandiya – 0:1
13.10.2015. Azərbaycan – Finlandiya – 0:1
07.10.2016. Finlandiya – Azərbaycan – 0:0