10:44 29-01-2021
news_image
468
FUTBOL

İngiltərədən məşqçi gətirildi - millimizin rəqibinə

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan İrlandiya yığmasında dəyişiklik baş verib.

Apasport.az saytının məlumatına görə, komandaya yeni məşqçi təyin olunub.

Qapıçılarla işləyən məşqçi Alan Kellinin gedişindən 16 gün sonra bu yerə Din Kili gətirilib. 51 yaşlı mütəxəssis İrlandiya yığmasının məşqçilər korpusunda yer almaqla yanaşı, İngiltərə klubu “Kristal Pelas”dakı işini də davam etdirəcək.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsində İrlandiya, Azərbaycan, Portuqaliya, Serbiya və Lüksemburq A qrupunda mübarizə aparacaq.