İngiltərənin “Tottenhem” klubu Joze Mourinyonun karyerasında ən uğursuz ev komandasıdır.
Apasport.az saytının məlumatına görə, “Liverpul”a 1:3 hesabı ilə uduzan London təmsilçisi 23-cü ev oyununda 6-cı dəfə məğlubiyyət acısı yaşayıb.
Portuqaliyalı mütəxəssisin heç bir komandası öz meydanındakı ilk 23 qarşılaşmada bu qədər uduzmamışdı. O, bunadək daha çox – 5 dəfə “Çelsi”də belə halla üzləşib.
“Mançester Yunayted”də 4, “Real”da 3 ev məğlubiyyəti alan mütəxəssis vətənində daha uğurlu olub. “Porto” ilk 23 ev matçında yalnız bir məğlubiyyətlə üzləşib.