13:09 29-01-2021
news_image
467
FUTBOL

50 qol səddini keçdi – Mahir Emreli

Azərbaycan Premyer Liqasının V turundan təxirə salınan “Qarabağ” – “Səbail” oyunu meydan sahiblərinin futbolçusu Mahir Emreli üçün əlamətdar olub. 

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsinə iki qolla töhfə verən hücumçunun rəqib qapısından keçirdiyi ilk top yubiley xarakteri daşıyıb. 

Bu, forvardın Azərbaycan çempionatlarında 50-ci qolu olub.

Dünənki matçadək 49 dəfə fərqlənən Emreli ikinci qolu ilə bu rəqəmi 51-ə çatdırıb. O, bütün qollarını “Qarabağ”da vurub. Mahir Premyer Liqada 130 görüş keçirib. Millimizin üzvünün orta məhsuldarlığı 0,39-a bərabərdir.

İlk qolunu 2015/16 mövsümündə vuran hücumçu 2015-ci il avqustun 23-də AZAL-la səfər qarşılaşmasında (2:0) qol hesabını açıb. O, həmin çempionatı 7 qolla tamamlayıb. 2016/17 mövsümündə 3, 2017/18 mövsümündə 8, 2018/19 mövsümündə 16, 2019/20 mövsümündə 7 dəfə fərqlənən futbolçu cari çempionatda 10 dəfə rəqib qapısına yol tapıb.

Emreli Azərbaycan çempionatlarının 29 illik tarixində 50 və daha çox qol vuran 37-ci futbolçu olub. 51-ci dəfə fərqlənməklə Mehman Baxışov, Viktor İqbekoyi, Vüqar Qəmbərov və Yalçın Bağırovu keçən forvard bombardirlər cədvəlində Həsən Abdullayevlə 32-33-cü yerləri bölüşür.

Qeyd edək ki, siyahıya 183 qola malik Nazim Əliyev başçılıq edir.

Azərbaycan çempionatlarında 50 və daha çox qol vuranlar

1. Nazim Əliyev - 183
2. Müşfiq Hüseynov - 125
3. Rövşən Əhmədov - 116
4-5. Qurban Qurbanov - 115
Samir Ələkbərov - 115
6. Alay Bəhramov - 108
7. Nadir Nəbiyev - 103
8-9. Xaqani Məmmədov - 102
Vadim Vasilyev - 102
10. Kənan Kərimov - 101
11. Musa Qurbanov - 94
12. Fazil Pərvərov - 89
13. Samir Musayev - 88
14-15. Fərrux İsmayılov - 85
İmamyar Süleymanov - 85
16. Samir Əliyev - 84
17. İsmayıl Məmmədov - 76
18. İlham Məmmədov - 74
19. Azər İsayev - 73
20. Paşa Əliyev - 72
21. Badri Kvaratsxeliya - 71
22. Zaur Ramazanov - 70
23. Yunis Hüseynov - 66
24-25. Mahir Əliyev - 65
Vidadi Rzayev - 65
26-29. Georgi Adamiya - 61
Mahmud Qurbanov - 61
Ramiz Məmmədov - 61
Rauf Əliyev - 61
30. Rəşad Abdullayev - 58
31. Vaqif Cavadov - 53
32. Həsən Abdullayev – 51
Mahir Emreli - 51
34-37. Mehman Baxışov - 50
Viktor İqbekoyi - 50
Vüqar Qəmbərov - 50
Yalçın Bağırov – 50