14:31 29-01-2021
news_image
1267
FUTBOL

Azərbaycanda da tətbiq olunacaq - VAR sistemi

Azərbaycan futbolunda VAR sistemindən tətbiq olunacaq.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, hakimin video assistenti texnologiyasının tətbiqi barədə işlərə başlanılacaq: “Növbəti əməkdaşlıq VAR sistemi ilə bağlı olacaq. Bu ilin aprelində VAR sistemi ilə bağlı protokol işlərinə başlayacağıq. Növbəti mövsümə çatdırmayacağıq. Amma 2022/23 mövsümünə çatdıracağıq. Çalışırıq işə düzgün başlayaq ki, problem olmasın”.