17:51 29-01-2021
news_image
177
FUTBOL

Braziliyalı hücumçu gətirdi – “Zirə”

Bakının “Zirə” klubu növbəti transferini reallaşdırıb.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Filipe Paxtmannı heyətinə qatıb.

21 yaşlı hücumçunun son klubu Ukrayna təmsilçisi “Lvov” olub. Braziliyalı daha öncə vətənində çıxış edib. O, “Fluminense”nin şərəfini qoruyub.

Qeyd edək ki, “Zirə” bunadək Musa Qurbanlı və Nemanya Andelkoviçi heyətinə qatıb.