19:57 29-01-2021
news_image
138
FUTBOL

Slovakların faydasız üstünlüyü - STATİSTİKA

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan – Slovakiya matçının statistikası açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, UEFA III qrupun ilk tur görüşünün statistik göstəricilərini hesablayıb.

Bakı İdman Sarayında keçirilən oyun millimizin üstünlüyü ilə keçib. Bu, hesabla yanaşı, ümumi zərbələrdə də əks olunub. Yalnız çərçivəyə zərbələrin sayında slovaklar üstün olub ki, bu da onlara bir fayda verməyib.

Azərbaycan – Slovakiya
Qollar – 4:1
Zərbələr – 29:24
Çərçivəyə zərbələr – 9:10
Çərçivəyə düşməyən zərbələr – 15:10
Bloklanan zərbələr – 5:4
Künc zərbələri – 9:4
Sarı vərəqələr – 3:3
Qırmızı vərəqə - 0:1
Qayda pozuntuları – 10:9