20:45 29-01-2021
news_image
119
FUTBOL

“Bunun öhdəsindən yenə tam gələ bilmədik” - Joze Alesio da Silva

“Rəqib bizə qarşı yaxşı hazırlaşmışdı. Həm də son illərdə tez-tez qarşılaşdığımızı nəzərə alsaq, bir-birimizi yaxşı tanıdığımızı deyə bilərəm”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının seçmə qrup mərhələsinin ilk turunda Slovakiya ilə keçirilən oyun barədə danışarkən deyib.

Braziliyalı mütəxəssis mətbuat konfransında komandamızın 4:1 hesabı ilə qalib gəldiyi görüşü dəyərləndirib: “Bizim əsas problemimiz yaratdığımız qol epizodlarını realizə edə bilməməyimiz oldu. Hətta məşqlərdə də, oyunöncəsi təlimat zamanı da futzalçılarıma buna diqqət etmələrini tapşırdım. Amma etiraf edim ki, bunun öhdəsindən yenə tam gələ bilmədik".

Da Silva bildirib ki, ikinci qol həlledici olub: “Oyuna yaxşı başladıq və birinci hissədə ardıcıl epizodlar yaratdıq, təəssüf ki, bu üstünlüyümüzü hesaba daşıya bilmədik. Bəli, hazırlıq üçün az vaxtımız oldu, fiziki, taktiki planda problemlərimiz görünürdü. İkinci hissənin başlanğıcı çox çətin oldu. Ancaq ikinci qolu vurmağımız rəqibin oyun planında açılmasına səbəb oldu. Biz də yaranan boşluqları düzgün dəyərləndirdik. Vacib olan qələbə idi, onu da qazandıq. İndi Yunanıstanla matçda bunun davamını gətirməliyik”.

Qeyd edək ki, millimiz növbəti oyununu fevralın 2-də səfərdə Yunanıstana qarşı keçirəcək.